BAKI, 31 mart – Sputnik. Türkiyənin əfsanəvi komediya ustası, mərhum aktyor Kamal Sunalın (Şaban) ən yaxın dostu, “Hababam Sinifi” serialında "Güdük Necmi" obrazını yaratmış Halit Akçatepe 79 yaşında həyata gözlərini yumub.
Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, H.Akçatepe uzun müddət idi ki, İstanbulda özəl xəstəxanaların birində müalicə alırdı.