BAKI, 31 mart – Sputnik. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Soyqırımı kompleksinə ziyarətdən sonra, FHN əməkdaşları Quba şəhəri Heydər Əliyev Mərkəzinə, Quba Xalçaçılıq Muzeyinə, Quba rayon Tarix-diyarşünaslıq Muzeyinə və digər yerlərə baş çəkiblər.