BAKI, 31 mart – Sputnik. BMT-nin təzyiqlərinə baxmayaraq, İsrail hökuməti İordan çayının Qərb sahilində yəhudi məskənləri salınması ilə bağlı Knessetə təqdim olunan qanun layihəsini təsdiq edib.
Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
“Baş nazir Netanyahunun rəhbərlik etdiyi Hərbi-Siyasi Kabinet yəhudilər üçün Şilox vadisi ərazisində yeni qəsəbənin salınmasına razılıq verib” — məlumatda bildirilir.
İlk mərhələdə bu ərazidə 2 minə yaxın evin tikintisi planlaşdırılır.