Hərbi qulluqçuların buraxılış mərasimi keçirilib

© Sputnik / Murad OrujovMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi Akademiyanın Xarici Dil və Tərəfdaşlıq Mərkəzində buraxılış mərasimi keçirilib

BAKI, 31 mart — Sputnik. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində təşkil olunmuş xarici dil kurslarında təhsil alan hərbi qulluqçuların növbəti buraxılış mərasimi keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək kursu bitirən dinləyiciləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edilib.

Xəbər lenti
0