"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, işə qəbul zamanı şəxsin testdən və ya müsabiqədən keçməsi yaxşı bir üsuldur: “Hər şeydən əvvəl burada peşakarlığı müəyyənləşdirmək olur. Dövlət qulluğunda çalışan hər kəs — sürücüdən tutmuş nazirə qədər dövləti təmsil edir. Əlbəttə ki, burada imtahan sadələşdirilmiş olacaq. Hər kəsin həyata keçirdiyi funksiya çərçivəsində suallar olacaq. Bu qaydalar tətbiq olunandan sonrakı müddətdə yeni işə götürülənlərə aid ediləcək”.
“Burada xüsusi bir problem yoxdur. Eyni zamanda gələcəkdə onları hər hansı bir dəyişiklikdən asılı etmir. Belə olan halda kimlərin hansı vəzifəyə gəlməsindən asılı olmayaraq onları dəyişmək olmaz. Sistemin elementləri üçün qaydaların müəyyənləşməsi vacib olan məsələlərdəndir. Belə olarsa işçinin təminat sistemi yaranır. Onun işdən çıxarılmasına yol verilmir. Bu bütövlükdə idarəetmə sisteminin ayrı-ayrı şəxslərin iradəsindən asılığının qarşısının alınmasına yönələn bir məsələdir" – deyə o bildirib.