ABŞ-ın Bəşər Əsədlə bağlı planı dəyişdi

© AP Photo / Syrian PresidencyBəşər Əsəd,arxiv şəkli
Bəşər Əsəd,arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nikki Haley: "Bizim əsas hədəfimiz Bəşər Əsədi devirmək deyil, bizi maraqlandıran Suriya xalqıdır"

BAKI, 31 mart — Sputnik. "Bəşər Əsədin istefa verib-verməməsi artıq bizim üçün önəmli deyil". Sputnik Azərbaycan Əl-Cəzirə-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley deyib.

"Biz bundan öncəki hökumətin getdiyi yolu getməyəcəyik. Yeni administrasiya olaraq, əsas hədəfimiz Bəşər Əsədi devirmək deyil. Bizi maraqlandıran Suriya xalqıdır. Bu xalqın həyatında dəyişikliklər etmək üçün nələr edə bilərik və kiminlə çalışa bilərik? Bizi bu düşündürür" — Nikki Haley bildirib.

Xəbər lenti
0