BAKI, 30 mart — Sputnik. Gədəbəy rayonu, Gərgər kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan tövlənin çardağına yığılmış 1 ton ot bağlamasının 500 kiloqramı yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tövlənin çardağına yığılmış ot bağlaması yanıb
11:17 30.03.2017 (Yenilənib: 20:55 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub