"Qara bazar"da dollar sıçrayışı

© Sputnik / Anar MustafayevDolların "qara bazarı"
Dolların qara bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında dolların alışı 1.7200-1.7250 manata, satışı isə 1.7400 manata kimi yüksəlib

BAKI, 30 mart — Sputnik. Ötən gün dolların rəsmi məzənnəsinin artmasından sonra bu gün "qara bazar"da dollar bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.7200-1.7250 manata, satışı isə 1.7400 manata kimi yüksəlib. Xatırladaq ki, ötən gün "qara bazar"da dolların alışı 1.7100 manat, satışı isə 1.7250-1.7300 manat olmuşdu.

Dollar - Sputnik Azərbaycan
Dollar yenidən bahalaşdı

Bəs, banklar arasında dollar alqı-satqısı neçəyədir? Fins.az xəbər verir ki, "Bloomberg" terminalında dollar bahalaşıb. Banklar arasında dollar bu gün ticarətə 1.7090 manatla başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,23% bahalaşması deməkdir.

Qeyd edək ki, dollar terminal üzərində ötən günü 1.7050 manat kursu ilə yekunlaşdırmışdı. Onu da xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi "Bloomberg" terminalından istifadə edirlər. "Bloomberg" banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0