BAKI, 30 mart — Sputnik. Çin dövləti, Şərqi Asiya türklərinin yaşadığı Sintzsyan-Uyğur Muxtar Bölgəsində normalara uyğun gəlməyən saqqal saxlamağı qadağan edib. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, hökumətin saqqalla bağlı verdiyi yeni qərar aprelin 1-dən qüvvəyə minəcək.
"Məqsəd dini ektremizmlə effektli mübarizə aparmaqdır" — deyə rəsmi Pekindən bildirilib.