CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“31 mart Soyqırımı” ilə əlaqədar olaraq növbəti tədbir keçirilib

© Photo : BMUBakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib
Bakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib

BAKI, 30 mart — Sputnik. Tədbirdə Universitet rəbərliyi və tələbə —müəllim heyəti ilə yanaşı Millət Vəkili Fəzail İbrahimli iştirak edib. Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırımıla əlaqəli sənədli film izlənilib. Bu barədə Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza Sputnik Azərbaycan-a məlumat verib.

Tədbirdə çıxış edən universitetin rektoru professor Havar Məmmədov xalqımızın tarixən yaşadığı faciələrdən danışıb. H. Məmmədov bildirib ki, sovet dövründə bu tarix xalqımızdan gizli saxlanılıb: "Heydər Əliyev xalqımızın tarixini bilməli olduğunu qeyd edib və “31 mart Soyqırımı” günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamdan sonra ölkəmizdə və xarici ölkələrdə tədbirlər keçirilir və xalqımızın başına gətirilən faciələr dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılmasına qərar verilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində Quba Soyqırımı Memorial Kompleksi açılıb". 

© Photo : BMUBakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib
Bakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib - Sputnik Azərbaycan
Bakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” ilə əlaqədar olaraq tədbir keçirilib

Millət vəkili Fəzail İbrahimli xalqımızın başına gətirilən soyqırımları faktlarla diqqətə çatdırıb. Tarixçi qeyd edib ki, bunun kökü I Pyotrun vəsiyyətlərindən başlayır: "I Pyotr 1724-cü il noyabr ayının 10-da 3 erməni katolikosunu qəbul edib. Onun "nə istəyirsiniz" sualına ermənilər "biz dağınıq xalqıq, bizi Xəzərboyu vilayətlərdə yerləşdirin, biz də sizin siyasətinizi dəstəkləyərik" — deyə cavab veriblər. I Pyotr da göstəriş verib ki, Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və digər yerlərdə yerli əhalinin sıxışdırılıb çıxarılması hesabına erməniləri yerləşdirin, çünki onlar bizim siyasətimizə lazım olacaq. I Pyotrun ölümündən sonra Rusiya Xalq Xarici İşlər Kollegiyası bunu qərar formasında qəbul edir və bu, tarixə I Pyotrun vəsiyyətləri adı altında daxil olub".

Tarixçi hesab edir ki, əgər bir əsr ərzində azərbaycanlılara qarşı bu millət tərəfindən 4 dəfə soyqırım törədilibsə, bu faciələrin səbəbləri, tarixi kökləri araşdırılmalıdır: "Mart soyqırımı bitməyən bir tarixin, bitməyən bir düşmənçiliyin məhz 1918-ci ildə baş verən əlamətidir. Bu düşmənçilik XX əsrin əvvəllərində 1905-1907-ci illərdə başlayıb, əsrin sonunda — 1992-ci ildə Xocalı soyqırımı ilə davam etdirilib". 

Xəbər lenti
0