BAKI, 30 mart — Sputnik. Mingəçevir şəhərində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 76 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mingəçevirdə yanğın olub
15:16 30.03.2017 (Yenilənib: 20:55 16.11.2021)
© Sputnik / Irade JELILDövlət Yanğından Mühafizə Hissəsi
© Sputnik / Irade JELIL
Abunə olmaq
Yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 76 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 m2 sahədə yanıb