Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Millət vəkili: “Vaxt var idi Azərbaycan 1 milyon ton pampıq istehsal edirdi”

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Əhmədov: “Pambıqçılıq əlavə valyuta gətirən sahə olduğu üçün prespektivi çox böyükdür”

Vahid Əhmədov: “Prezident bu sahəyə daha çox diqqət ayırır”
“Bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir”.

Bunu prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib. Millət vəkili Vahid Əhmədov deyir ki, Azərbaycanda vaxt var idi 1 milyon ton pambıq istehsal olunurdu: “Son vaxtlar Prezident İlham Əliyev tərəfindən strateji yol xəritəsi təsdiq edilib. 2016-cı ildən qeyri-neft sektorunun inkişafına diqqət artırılıb. Qeyri-neft sektorunun bir qolu da kənd təsərrüfatıdır. Sənaye, turizm, insan kapitalı da qeyri-neft sektoruna aid sahələrdir. Kənd təsərrüfatı daha tez əmələ gələn sahə olduğu üçün cənab prezident bu sahəyə daha çox diqqət ayırır. Bununla bağlı iclaslar keçirilir, vəsaitlər ayrılır, sahibkarlara, fermerlərə yardımlar edilir, torpaqlar münbitləşdirilir”.

“2015-ci ildə 30 min ton pambıq istehsal edilmişdisə, 2016-cı ildə bu rəqəm 90 minə çatıb. Bu il isə 300  min ton pambığın istehsalı planlaşdırılır. Bu iş təkcə pambığın istehsalı ilə bitmir. Burada pambığın emalından, lifinin çəkilməsindən, parça emalından söhbət gedir. Bu sahənin inkişafı digər istiqamətlərdə də inkişafı təmin edəcək. Artıq Azərbaycanda 22 pambıq emalı zavodu fəaliyyət göstərir. Bu çox gəlirli sahədir. Azərbaycana əlavə valyuta gətirən sahə olduğu üçün prespektivi çox böyükdür. Kənd təsərrüfatının inkişafı nəticəsində insanlar işlə təmin olunur.  Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatına öz təsirini göstərir” – deyə o bildirib.

Xəbər lenti
0