BAKI, 30 mart – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün öz iqamətgahında ABŞ-ın dövlət katibi Reks Tillersonu qəbul edib.
Sputnik Türkiyə xəbər verir ki, görüşdə, İraq və Suriyada atıla biləcək birgə addımlar və Fətullah Gülənin ekstradisiya məsələsi müzakirə edilib.
2 saat 10 dəqiqə davam edən görüş mətbuata qapalı keçib.
Görüşdən sonra jurnalistlərə verilən press-relizdə, Ərdoğan və Tillersonun Suriya və İraqda birgə addımların xarakterini müzakirə etdiyi qeyd olunub.