ELM

Amerikalı ekspertdən azərbaycanlılara ustad dərsi

© Photo : UNECUNEC tələbələri
UNEC tələbələri - Sputnik Azərbaycan
Abunə olmaq
İştirakçıların çoxsaylı suallarını cavablandıran amerikalı müəllim UNEC tələbələrinin bilik və müzakirə bacarıqlarını yüksək qiymətləndirib

BAKI, 30 mart — Sputnik. ABŞ-ın nüfuzlu Harvard və Dyuk universitetlərinin məzunu, Amerika Universitetinin müəlllimi, strateji kommunikasiya, ictimai nitq və etik davranış qaydaları üzrə mütəxəssis Villiam Beaman UNEC tələbələrinə "Biznesdə etika" mövzusunda ustad dərsi keçib. UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNEC-in bütün fakültələrindən bakalavr və magistrlərin qatıldığı dərsdə amerikalı müəllim biznes münasibətlərində hansı etik davranış qaydalarının əsas amil olduğunu açıqlayıb.

Kamran Elahian - Sputnik Azərbaycan
Silikon Vadisinin sərmayədarları UNEC-də olublar

O, bizneslə məşğul olarkən qeyri-etik sayılan faktorlara diqqət çəkib. Çıxışını real keyslər üzərindən edən strateji kommunikasiya bilicisi, biznes mühitində etik qaydaların hansının daha yüksək effekt verməsi və müxtəlif situasiyalarda necə davranmağın sirlərini açıqlayıb. Auditoriya qarşısında bir neçə etik moral dilemma keysləri təqdim edən V. Beaman UNEC tələbələrinin mövcud durumda necə davranacaqları barədə fikirlərini dinləyib.

İştirakçıların çoxsaylı suallarını cavablandıran amerikalı müəllim UNEC tələbələrinin bilik və müzakirə bacarıqlarını yüksək qiymətləndirib. Qeyd edək ki, tədbirdə SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev və digər müəllimlər də iştirak edib.

Xəbər lenti
0