Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Sputnik Azərbaycan-a bildirib ki, bu sistemi təşkil etməklə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün əlverişli şərait yaratmaq istəyirlər: “Eyni zamanda, taksidən istifadə edən vətəndaşlar üçün təhlükəsiz, rahat, keyfiyyətli taksi xidmətinin təşkilinə nail olmaq istəyirik. İndi bir çoxları asan qazanc yolu kimi taksi fəaliyyəti ilə məşğul olmağı seçir”.
“Bu sistemi yaratmaqda məqsədimiz odur ki, əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti artırılsın. Bu gün fəaliyyət göstərən sifarişli taksi xidmətləri qiymətdə rəqabət apara bilirlər. Ancaq keyfiyyətdə rəqabət yoxdur. Vahid qiymət olsa, artıq onlar keyfiyyətdə rəqabət aparmaq barədə düşünəcəklər. Bizim taksilərlə bağlı hazırlayıb hökümətə təqdim etdiyimiz təkliflər ona hesablanıb ki, həm taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün əlverişli mühit yaradılsın, həm də taksi xidmətini şəhərimizin müasir inkişafına uyğunlaşdıra bilək” – deyə o bildirib.