Nazirlik yeni aqromeşə massivi salacaq

© Sputnik / Shahperi AbbasovaŞimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb
Şimal-qərb bölgəsində müşahidə olunan güclü yağış və külək iri ağacların gövdəsini yarıdan qoparıb - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı aqromeşə massivi salacaq

BAKI, 29 mart — Sputnik. “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 10 mart tarixli əmri ilə təsdiq edilmiş "Tədbirlər Planı"na əsasən il ərzində “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-praktik konfrans, Akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçiriləcək. 

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. O qeyd edib ki, alimin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında “Akademik Həsən Əliyev adına aqromeşə massivi”nin salınması da nəzərdə tutulur. 

Meşə - Sputnik Azərbaycan
HADİSƏ
Meşələrin mühafizəsinə cavabdeh olan 22 nəfər işdən qovuldu

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən 2017-ci il 07 fevral tarixində Sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir. 

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə anadan olub. Görəkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində xidmətləri əvəzsizdir. 

Xəbər lenti
0