CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal-qərb bölgəsində turizmin vəziyyəti müzakirə olunub

© Photo : İlham AhmadovMədəniyyət və turizm nazirliyinin təşəbbüsü ilə İsmayıllı rayonunda regional müşavirə keçirilib
Mədəniyyət və turizm nazirliyinin təşəbbüsü ilə İsmayıllı rayonunda regional müşavirə keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Əbülfəs Qarayev turizm sahəsində aparılan islahatların intensiv xarakter aldığını diqqətə çatdırıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə İsmayıllı rayonunda “Azərbaycanın şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda regional müşavirə keçirilib.

Müşavirədə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində aparılan islahatların intensiv xarakter aldığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın vahid bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır. "Şimal-qərb regionu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisini əhatə edir. Ərazi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var" — nazir vurğulayıb.

Qeyd edilib ki, bölgə tarixi "İpək yolu" marşrutunun üzərində yerləşir. Habelə, buradan Gürcüstan və Rusiya ilə inteqrasiya olunan “Şərab yolu” və “Düma Qafqazda” beynəlxalq turizm marşrutları da keçir.

Müşavirədə ölkə başçısının turizmin inkişafı ilə əlaqədar son qərarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər müzakirə olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib. Tədbirdə, habelə bölgədə turizmin inkişaf istiqamətləri barədə ətraflı danışılıb, mövcud problemlərə dair geniş müzakirələr aparılıb.

Xəbər lenti
0