BAKI, 29 mart — Sputnik. Görkəmli yaşıçı-dramatuq, maarifçi Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada anadan olub.
Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "Sani" sözünü özünə ləqəb götürüb.
Axundov Şuşada bəy ailəsində dünyaya gəlib və 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirib. Ömrünün axırınadək tədris və jurnalistika ilə məşğul olub.
O, 1906-cı ildə işıq üzü görən və "İkinci il" adlanan Azərbaycan dili dərsliyinin müəllifidir. Sovet İttifaqının yaranmasından sonra qısa müddət ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin təhsil naziri vəzifəzində çalışıb. İlk bədii əsərini — "Tamahkar"ı 1899-cu ildə qələmə alıb.
1912-1913-cü illərdə Süleyman Sani Axundov beş hissədən ibarət "Qorxulu nağıllar" kitabını yazıb. Kasıbçılıqdan və haqsızlıqlardan bəhs etdiyinə görə bu nağıllar sovet zamanı uşaq ədəbiyyatı aləmində böyük şöhrət qazanıb. Məşhur "Qaraca qız" hekayəsi də "Qorxulu nağıllar"a daxildir.
1920-ci ildən sonra yazılan əsərlərdə Axundov qəddarlığı, köhnə mühafizəkar ənənələri və geriliyi tənqid atəşinə tutmağa davam edib.
Ədib 1939-cu il martın 29-da Bakıda vəfat edib.