BAKI, 29 mart – Sputnik. Moldova prezidenti İqor Dodon prezidentlik səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dodon özü açıqlama verib.
“Bəzi məsələlər var ki, onlarda dəyişikliklər ola bilməsi üçün referenduma ehtiyac var. Mən belə qənaətə gəldim” — deyə İqor Dodon bildirib.
Qeyd edək ki, əgər xalq referendumda dəyişikliyə səs verərsə, prezidentin parlamenti buraxmaq və növbədənkənar seçki keçirilməsini elan etmək səlahiyyəti olacaq.