CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib

© Photo : Ukraininan Parliament Comissioner for Human RightsЭльмира Сулейманова, уполномоченная по правам человека в Азербайджане, омбудсмен
Эльмира Сулейманова, уполномоченная по правам человека в Азербайджане, омбудсмен - Sputnik Azərbaycan
Abunə olmaq
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir

BAKI, 29 mart – Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. 

Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, başçəkmədə məqsəd bu müəssisədə saxlanılma şəraiti və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.  

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə həmin müəssisənin kameralarına, yeməkxanasına baxış keçirilib, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə baxış keçirilib,kameralarda təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib və Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunub.

Qəbul edilən şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Xəbər lenti
0