"Kürdüstan bayrağı" Türkiyəni hərəkətə keçirdi

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, dialoq, təhlükəsizlik və sabitlik cəhdlərinə mənfi təsir edəcək"

BAKI, 29 mart — Sputnik. Türkiyə hökuməti, Kərkük Vilayət Məclisində İraq Kürd Regional Rəhbərliyinin (IKBY) bayrağı ilə bağlı verilən qərarı narahatlıqla qarşılayıb. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bununla əlaqədar yaydığı bəyanatda bildirilir ki, Kərkük Vilayət Məclisində verilən qərar İraq konstitusiyası ilə ziddiyyət təşkil edir.

"Bu hərəkət Kərkükün statusu ilə bağlı təktərəfli addım hesab olunur. Habelə, bu istiqamətdə aparılan dialoqa zərər verəcək, ölkədə təhlükəsizlik və sabitlik cəhdlərinə mənfi təsir edəcək" — Türkiyə XİN bəyan edib.

Xəbər lenti
0