Bu istiqamətdə hərəkət edən qatarın qrafiki dəyişir

Abunə olmaq
Bakı-Horadiz-Bakı sərnişin qatarının hərəkət qrafikində müvəqqəti olaraq dəyişiklik edilir

BAKI, 29 mart — Sputnik. Bu gündən etibarən Bakı-Horadiz-Bakı sərnişin qatarının hərəkət qrafikində müvəqqəti olaraq dəyişiklik edilir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O, qeyd edib ki, Vətəgə-Xələc mənzilində aparılan əsaslı təmirlə əlaqədar olaraq 29.03.2017-ci ildən 07.04.2017-ci ilədək, 672/671 saylı Bakı- Horadiz-Bakı sərnişin qatarı İmişli stansiyasına kimi hərəkət edəcək.

Xəbər lenti
0