BAKI, 29 mart — Sputnik. Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqından (Aİ) çıxması prosedurunun başlaması ilə əlaqədar Brüsselə məktub ünvanlayıb. Sputnik Azərbaycan Bloomberg-ə istinadən xəbər verir ki, bu gündən etibarən Britaniya İttifaqdan ayrılma şərtlərinə uyğun 2 illik danışıqlar prosesinə start verib.
Aİ-dən çıxış prosesinin formal olaraq başlanğıcı ölkə parlamentinin Nümayəndələr Palatasında elan ediləcək.