BAKI, 29 mart – Sputnik. Türkiyənin məşhur “Halkbank” bankının direktor müavini Mehmet Hakan Atilla ABŞ-da həbs olunub. O, iranlı iş adamı Rza Zərrabla əlaqədə ittiham olunur.
Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Mehmet Hakan Nyu-Yorkdakı hava limanında FTB agentləri tərəfindən saxlanılıb.
ABŞ-da hakim qarşısına çıxarılan türk bankirə “ABŞ-ın İrana olan sanksiyalarının önünü kəsmə” və “bank dələduzluğu” ittihamları irəli sürülüb.
Məsələyə münasibət bildirən Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prosesi yaxından izlədiklərini deyib.