BAKI, 29 mart – Sputnik. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Türkiyəyə səyahətə hazırlaşan vətəndaşlarına xəbərdarlıq edib.
Sputnik Azərbaycan Sözcü-yə istindən verdiyi məlumata görə, xəbərdarlığa səbəb Türkiyədə mümkün terror təhlükələridir.
Departament xüsusilə, Türkiyənin cənub-şərq bölgələrinə səyahət edilməməsini məsləhət görüb.
Bundan başqa, amerikalılara Türkiyədə ikən metro, gəmi, avtobus və bu kimi oxşar nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə edilib.