BAKI, 28 mart — Sputnik. İtaliyanın mərkəzi Emiliya-Romaniya vilayətində baş vermiş yol qəzası zamanı 16 turist xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə Apenninin ödənişli yollarını idarə edən "Autostrade per'Italia" şirkətinin yaydığı xəbərdə bildirilir.
Məlumatda qeyd olunur ki, turist avtobusu avtomobil transportyoru ilə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar Almaniya Federativ Respublikasının (AFR) vətəndaşlarıdır.
İlkin ehtimala görə, hadisəyə avtomobil transportyorunun qarşıdan gələn, salonunda 40-dan çox sərnişinin olduğu turist avtobusunun yoluna çıxması səbəb olub. Qəza zamanı xəsarət almış yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti orta ağırdır.
Digər sərnişinlər yardım göstərilməsi üçün gözləmə və əvəzedici nəqliyyat xidməti zonasına aparılıb.