Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Müəlliməni taxta parçası ilə öldürdülər

© Sputnik / İgor Zarembo / Mediabanka keçidЭкзамен по русскому языку
Экзамен по русскому языку - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumatlara görə, M.Əliyevanı həyat yoldaşı Rüfət Aydın oğlu Əliyev öldürüb

BAKI, 28 mart — Sputnik. Lənkəran rayonunun Səpnəkəran kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, kənd orta məktəbinin müəllimi, 48 yaşlı Maygül Daməd qızı Əliyeva taxta parçası ilə baş nahiyəsindən aldığı zərbə ilə qətlə yetirilib.

İlkin məlumatlara görə, M.Əliyevanı həyat yoldaşı Rüfət Aydın oğlu Əliyev öldürüb.

Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb.

Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R.Əliyev bir neçə dəfə arvadını döyüb. 

R.Əliyevin atası A.ƏLiyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər lenti
0