Prezidentin bu şəkilləri gündəmi alt-üst etdi

CC0 / JESHOOTS / photographerFotoqraf, arxiv şəkli
Fotoqraf, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun gənc qızlarla çəkilən fotoları əksəriyyət tərəfindən "seçki şousu" kimi qiymətləndirilib

BAKI, 28 mart — Sputnik. İran prezidenti Həsən Ruhaninin gənc qızlarla birgə çəkdirdiyi fotolar ölkənin bir nömrəli gündəminə çevrilib. Ruhaninin Novruz bayramı günlərində Tehran yaxınlığındakı dağ gəzintisində olarkən idman geyimindəki şəkli qızğın müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan Sözcü-yə istinadən xəbər verir ki, Həsən Ruhaninin iki gənc qız və bir oğlanla şəkil çəkdirərək, "İnstaqram" hesabından paylaşması böyük söz-söhbətə səbəb olub. Sözügedən şəkilə 20 minə yaxın şərh yazılıb.

İran prezidentinin, saçlarının çoxu açıqda qalan qızlarla şəkli əksəriyyət tərəfindən "seçki şousu" kimi qiymətləndirilib. Mühafizəkarlar Ruhanini "İslam Respublikası dəyərlərinə zidd davranmaqda" günahlandırıblar.

Xəbər lenti
0