BAKI, 28 mart — Sputnik. Fransanın paytaxtı Parisdə kütləvi iğtişaşlar baş verib. Yüzlərlə nümayişçi ilə polis arasında qarşıdurma yaşanıb.
Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, hadisəyə polisin 56 yaşlı silahsız vətəndaşı güllələməsi səbəb olub. Məişət zəminində mübahisəni araşdırmaq üçün mənzillərdən birinə gələn iki polis işçisi, qayçı ilə onlara hücum etdiyini iddia elədikləri kişini güllələyib.
Öldürülən 56 yaşlı Li Şayonun qızı polisin iddiasını yalanlayıb. O, atasının polislərə hücum etmədiyini deyib: "Atam mətbəx qayçısı ilə balıq doğrayırdı. Bu vaxt qapı döyüldü və o, qayçı əlində qapını açdı. Yəni qayçı ilə polisə hücum etməmişdi".
Beləliklə, polisin öz səlahiyyətindən sui-istifadə etməsinə etiraz edən yüzlərlə insan paytaxt küçələrində aksiya başladıb. Aksiyanın hələ davam etdiyi bildirilir. Məlumata görə, 3 nümayişçi həbs olunub.
— Clément Lanot (@ClementLanot) 27 марта 2017 г.