Prezident bir qrup yüksək rütbəli hərbçini istefaya göndərdi

© Sputnik / StringerМинистерство обороны Азербайджанской Республики
Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi xidmətdə xüsusi xidmətlərinə görə Müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar

BAKI, 28 mart — Sputnik. Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.

Silahlı Qüvvələrdə uzunmüddətli qüsursuz xidmətləri, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə müdafiə nazirinin əmri ilə hərbi qulluqçular qiymətli hədiyyə ilə mükafatlandırılıblar.

Xəbər lenti
0