Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kəndlinin evi yandı

Abunə olmaq
Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Şabran rayonun Xırdaoymaq kənd sakini Zakir Alışova məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində 2 mərtəbəli, ümumi sahəsi 176 kvadratmetr olan fərdi yaşayış evi külə dönüb. Zakir Alışovun sözlərinə görə, ona ümumilikdə 30-35 min manat ziyan dəyib.  

Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb və alovun digər ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

Xəbər lenti
0