"Facebook"da quldur qızlar peyda olub

© Sputnik / Alexander Kryazhev / Mediabanka keçidFacebook
Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar cavan oğlanları evlərinə dəvət edərək soyur və xəsarət yetirirlər

BAKI, 28 mart — Sputnik. 20 yaşlı gənc qız "Facebook"da tanış olduğu oğlanı evinə dəvət edərək, dostları ilə birlikdə onu soyub və döyüb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ-da baş verib. 

20 yaşlı Nikol Keirns "Facebook"da tanış olduğu və ondan şübhələnməyən Deklan Lounu Hamiltondakı evinə dəvət edib. Lou dostu Konnor Matterlə birlikdə Şərqi Kilbrayddan Nikolun yaşadığı şəhərə gəlib. Onlar Nikolgilə çatar-çatmaz, sifətini cərrah maskası ilə örtmüş 20 yaşlı Cordan Riçardson bıçaqla onların üstünə hücum edib.

Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Facebook-un ölkəyə girişinə blok qoyula bilər"

O, Deklanın dodağını kəsib. Lakin Deklan Cordanın əlindən çıxa bilib. Elə bu vaxt Nikol bıçaqla silahlanmış üç qızla birlikdə onun və dostunun üstünə atılaraq onları döyməyə başlayıb. Cordan bədbəxt qonağı kəsik-kəsik edəndən sonra rəfiqələri ilə birlikdə gizlənib. Məhkəməyə isə cavan oğlanlara hücum faktını təsdiq etmək üçün cəmi bir saat vaxt kifayət edib.

Zərərçəkmişin sözlərinə görə, qızla "Facebook"da yazışarkən hər hansı narahatlıq hiss etməyib. "Biz yazışırdıq və o, məni evinə dəvət etdi. Mən ona dostumla birlikdə gələcəyimi dedim. O da razılaşdı. Biz mənzilə daxil olanda tibbi maska geyinmiş bıçaqlı oğlan üstümüzə hücum çəkdi və bizdən bütün pullarımızı, qiymətli əşyalarımızı verməyi tələb etdi. O, bizi bıçaqla kəsməyə başladı" — deyə Deklan bildirib.

Oğlanlar xatırladıblar ki, tanımadıqları qızlar da qəfildən hücum edərək onları döyüblər. Məhkəmə gənclərə hücum edən "Facebook" quldurlarının hər birinə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Xəbər lenti
0