BAKI, 28 mart — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7220 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu gün rəsmi USD/AZN məzənnəsi 1.7201 manat səviyyəsindədir.