BAKI, 27 mart – Sputnik. Suriyada əsas müxalif qruplaşmalardan biri olan “Əhrar uş Şam” ölkənin Lazkiyə bölgəsində, Aralıq dənizi sahilində Rusiyaya aid hərbi helikopteri vurduqlarını açıqlayıb.
Müxaliflərin sözlərinə görə, rus döyüş təyyarəsi yerdən pulemyotla vurulub və Ekrad dağının ətəyindəki Səlma kəndinə düşüb.
Sputnik xəbər verir ki, bölgədəki aktivistlər helikopterin Rusiyaya məxsus olduğunu açıqlasa da, Kreml yayılan məlumatı təkzib edib.
Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzi, Lazkiyədə vurulan təyyarənin özlərinə aid olmadığını bildirib.