BAKI, 27 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "İran bölgədə genişlənmə siyasəti yeridir" bəyanatına rəsmi Tehrandan sərt reaksiya gəlib. Sputnik Türkiyə xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi bu barədə yazılı açıqlama verib.
Açıqlamada deyilir: "Ərdoğanın ölkəmiz haqda işlətdiyi ifadələr qəbuledilməzdir. Təəssüf ki, türk dövlət adamları qonşu ölkələr əleyhinə əsassız, problem yaradan fikirlər səsləndirməyə davam edirlər. Əslində, rəsmi Ankara özü qonşu dövlətlərə qarşı işğalçı və müdaxilə siyasəti aparır".
Mövzu ilə bağlı Türkiyə tərəfindən hələlik heç bir açıqlama verilməyib.