Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, aparılan müşahidələrə əsasən demək olar ki, bayram günlərində ölkəmizə əsasən İrandan turistlər gəlir: “İkinci yerdə ərəb ölkəlıərindən gələn turistlərin sayı çoxluq təşkil edir. Daha sonra isə MDB ölkələrindən, xüsusən də Rusiyadan ölkəmizə çox sayda turist gəlir”.
“Rusiyadan ölkəmizə gələnlər əsasən azərbaycanlılardır. Rusiyadan gələn turistlərin digərlərindən fərqi ondadır ki, onlar 90 gün ərzində vizasız yaşamaq hüququna malikdirlər. Buna əsasən Azərbaycana gələn turistləri 3 qrupa aid etmək olar. İrandan və ərəb ölkələrindən gələn turistlər əsasən Bakı şəhərinə təşrif buyurur. Ancaq MDB və Rusiyadan gələnlər isə daha çox regionlarda qeydiyyata düşürlər. Bu da martda Azərbaycana gələn miqrantların özəlliyidir” — deyə o bildirib.