"Hansı əvvəl yaranıb: yumurta, yoxsa toyuq" sualına cavab tapıldı

Abunə olmaq
Alimlər hansının əvvəl peyda olduğuna aydıqlıq gətirdilər

BAKI, 27 mart — Sputnik. Britaniya alimləri müasir texnologiyaların köməyi ilə, axır ki, "hansı daha əvvəl yaranıb: yumurta, yoxsa toyuq" sualının cavabını aydınlaşdırıblar. Sputnik Azərbaycan-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Şeffild və Uorik universitetlərinin bioloqları HECToR kompüterindən istifadə edərək müəyyənləşdiriblər ki, yumurta toyuqdan sonra əmələ gəlib.

Quşçuluq fabriki - Sputnik Azərbaycan
Tükləri olmayan toyuq istehsal edilir

Qeyd etmək lazımdır ki, yumurta qabığının formalaşması üçün lazım olan ovokledinin (ОС-17) proteini yalnız toyuğun bədənində istehsal edilir. HECToR kompüterinin köməyi ilə alimlər yumurtanın formalaşmasının bütün mərhələlərini izləyiblər. Onlar yumurtanın əmələ gəlməsi prosesini modelləşdirərək müəyyən ediblər ki, ОС-17 proteininin istehsalı yalnız yetişmiş toyuq yumurtalığında mümkündür.

Əvvəllər ovokledinin zülalının yumurta qabığının əmələ gəlməsindəki rolu ilə bağlı elmə heç nə məlum deyildi. Oxşar OC-17 birləşmələri digər quşların da yumurtalarının formalaşmasında iştirak edir.

Yumurtanın toyuqdan daha əvvəl əmələ gəldiyini iddia edən alimlər isə öz mövqelərini onunla izah edirlər ki, quşlar bioloji növ kimi əmələ gələrkən öncə onların yumurtalıqları meydana gəlib.

Xəbər lenti
0