"Ermənistan üçün faciəvi nəticələr meydana çıxacaq"

© wordpress.comİsgəndər raketləri
İsgəndər raketləri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyi Serj Sarkisyanın "İsgəndər" raketləri ilə bağlı bəyanatına cavab verib

BAKI, 27 mart — Sputnik. "Serj Sarkisyanın bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır".

Ermənistan prezidenti Serj Sarkisyan Rossiya seqodnya BİA-nın baş direktoru Dmitri Kiselyova Sputnik Ermənistan üçün müsahibə verir - Sputnik Azərbaycan
TƏHLİL
Sarkisyanın gizli planı ortaya çıxdı

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər" operativ-taktiki raketlərindən istifadə edilməsinə dair əmr verəcəyi barədə bəyanatına cavabda bildirilir. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan cavab mətnində deyilir: "Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.

Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir".

Xəbər lenti
0