BAKI, 27 mart – Sputnik. Türkiyənin məşhur aktyoru, 67 yaşlı Kadir İnanır yenidən ekranlara qayıdacaq.
Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, 6 ildən sonra o yeni seriala çəkiləcək. Sentyabr ayında yayıma başlayacaq “Əli Əkbər Cəvahir” serialında o, Qalatalı Əşrəf obrazını canlandıracaq.
Vaxtilə İstanbulda "kriminal avtoritet" kimi ilə ad qazanan Qalatalı Əşrəf cinayət aləmində ən hörmət edilən şəxslərdən sayılır. Serialın çəkilişlərinə iyul ayında başlanacaq.