ABŞ bu bölgəyə əlavə 200 əsgər göndərəcək

© REUTERS / Umit BektasСолдат Свободной армии Сирии, архивное фото
Солдат Свободной армии Сирии, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsi deyib ki, əlavə əsgər tələbi İŞİD əleyhinə beynəlxalq koalisiyanın komandiri general-leytenant Stefan Taunsend tərəfindən gəlib

BAKI, 27 mart – Sputnik. “Amerika Yaxın Şərqə daha 200 əsgər göndərəcək. Həmin əsgərlərdən İraq və Suriyadakı anti-terror əməliyyatlarında istifadə ediləcək”. Sputnik Azərbaycan Fox telekanalına istinadən xəbər verir ki, bu barədə sözügedən kanala Pentaqon rəsmisi məlumat verib. 

ABŞ-ın Müdafiə Nazirliyindən olan və adının açıqlanmasını istəməyən şəxs deyib ki, əlavə əsgər tələbi İŞİD əleyhinə beynəlxalq koalisiyanın komandiri general-leytenant Stefan Taunsend tərəfindən gəlib. 200 hərbçinin konkret hara yerləşdiriləcəyi hələlik açıqlanmayıb. Amerikalı əsgərlər İraqın Mosul vilayətindən 40 km cənubdakı Əl-Kayyara hərbi hava bazasına göndəriləcəklər.

Pentaqonun bu gün mövzu ilə bağlı ətraflı məlumat verməsi gözlənilir.

Xəbər lenti
0