BAKI, 26 mart — Sputnik. Yəməndə qiyamçı husilərin “Ənsar” hərəkatının nəzarətində olan Sənada Təhlükəsizlik Məhkəməsi prezident Mənsur Hadi barədə ölüm hökmü çıxarıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, Yəmən prezidenti “dövlətə xəyanət”də günahlandırılıb.
Hadi ilə bərabər Yəmənin ABŞ-dakı səfiri Əhməd Avadh bin Mübarək, sabiq xarici işlər naziri Riyad Yasin də daxil olmaqla, 6 məmur “işğalçı” Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqda ittiham olunaraq haqlarında ölüm hökmü çıxarılıb.