Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar"

© Photo : Facebook / Tamara MuradovaTamara Muradova
Tamara Muradova - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur musiqi yarışının azərbaycanlı iştirakçısından etiraf: "İstədiyim mahnını ifa etməyə imkan vermədilər. Bu səbəbdən ürəksiz oxudum və məğlub oldum"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Gənc müğənni Tamara Muradova Şabranda doğulub. Azərbaycanda və Türkiyədə məşhur olan televiziya musiqi yarışlarında uğurla çıxış edib. Bu gün Şabranda hamı bu gənc qızla — "Xalq ulduzu", "Türkünü söylə", "O səs Türkiyə" kimi məşhur TV-şouların qəhrəmanı ilə fəxr edir. Sputnik Azərbaycan-ın əməkdaşı Tamara ilə onu ulduzluğa aparan yol barədə danışıb.

Türkiyəli məşhur müğənni-aktrisa Seda Sayan - Sputnik Azərbaycan
Populyar müğənni "obyekt"lərindən haqq ala bilmir

— Tamara xanım, oxucularımız sizi bir də yaxından tanısın…

— Muradova Tamara Emir qızı. 1992-ci ildə Şabran rayonunda anadan olmuşam. Körpə yaşlarımdan musiqiyə olan marağım ailəm tərəfindən dəstəklənib. Ailədə 5 bacıyıq və hər birimizin musiqi duyumu çox güclüdür. Amma aralarında bu sənəti seçən yalnız mən oldum. Bunun da səbəbi atamın onlara oxumağa icazə verməməsi olub. Yalnız mənə dəstək oldular. Bəlkə də evin son beşiyi olduğumdan xətrimə dəymək istəmədilər.

© Photo : Facebook / Tamara MuradovaGənc müğənni Tamara Muradova: Uşaqlıqdan musiqiyə olan marağım ailəm tərəfindən dəstəklənib
Gənc müğənni Tamara Muradova: Uşaqlıqdan musiqiyə olan marağım ailəm tərəfindən dəstəklənib - Sputnik Azərbaycan
Gənc müğənni Tamara Muradova: Uşaqlıqdan musiqiyə olan marağım ailəm tərəfindən dəstəklənib

Bu sənəti o qədər çox sevirdim ki, hər səhər atama yalvarırdım, məni musiqi məktəbinə qoysun. O da hər dəfə "gələn il" deyərək başımı qatmağa çalışırdı. Beləliklə, 2-3 il keçdi. Amma mən inadımdan dönmədim. Axırda atam razılaşdı, amma qarşıma şərt qoydu. Dedi ki, Aygün Hümbətovanın ifasında eşitdiyimiz, bəstəsi Aygün Səmədzadəyə məxsus "Tut ağacı" mahnısını mükəmməl oxumalıyam. Mənə bir həftə vaxt verdi.

Məqsədim musiqi məktəbinə gedib təhsil almaq idi. Ona görə də, bir həftə ərzində hər gün bu mahnını dinləyib, məşq edirdim. Atamın dediyi vaxt bitdi və məni yanına çağırdı. Düzü, çox həyacanlı idim, çünki oxumağım atamı qane etməsəydi, bu arzumun üstündən xətt çəkəsiydim. Mahnını oxuduğum zaman, atamı təəccübləndirə bildim. Atam səhərisi gün məni musiqi məktəbinə apardı və bu, sənətə ilk addımım oldu.

© Photo : Facebook / Tamara MuradovaTamara Muradova "O səs Türkiyə" musiqi yarışmasının səhnəsində
Tamara Muradova O səs Türkiyə musiqi yarışmasının səhnəsində - Sputnik Azərbaycan
Tamara Muradova "O səs Türkiyə" musiqi yarışmasının səhnəsində

2002-ci ildə Şabran rayonu Tofiq Quliyev adına musiqi məktəbinə qəbul olundum. Məktəb illərində rayonda təşkil olunan tədbirlərdə çıxış etməyim məndə səhnə təcrübəsinin yaranmasına səbəb oldu. O zaman televiziyaların birində "Xalq Ulduzu" adlı yarış efirə verilirdi. Hər dəfə bu müsabiqəyə baxanda özümü orda təsəvvür edirdim və inanırdım ki, bir gün o səhnədə mən də oxuyacağam. 2009-cu ildə həmin müsabiqəyə qatıldım. Müsabiqənin münsifləri isə Respublikanın tanınmış sənətkarları olan Ağacəbrayıl Abbasəliyev, Aybəniz Haşımova, Tahir Əkbər və Aygün Bayramova idi. Bu müsabiqədə finala yüksələ bildim. Bu, xalqın mənə olan sevgisinin göstəricisi idi. Bu müsabiqə mənim peşəkar səhnəyə ilk addım oldu.

 Sonra Türkiyəyə üz tutdunuz. Azərbaycan və Türkiyədə qatıldığınız müsabiqələrin fərqli xüsusiyyətləri nədən ibarət idi?

— Türkiyədə ilk qatıldığım müsabiqə "Türkünü söylə" oldu. 2010-cu ildə təsadüfən bu müsabiqənin anonsunu gördüm və qatılmaq istədim. Atamla İstanbula gəlib, seçim turlarında iştirak etdim. Təkcə İstanbuldan 5000 nəfər insanın bu müsabiqənin seçim turuna gəlməsi müsabiqənin necə reytinqli olmasından xəbər verirdi. Yarışa qatılmaq üçün seçilən 20 nəfərdən biri mən oldum. Bu yarışmada mənə gələn SMS-lər az olsa belə, münsiflər məni favorit göstərirdilər. Həftələrin birində gələn SMS-lər az olduğuna görə, yarışmadan çıxası idim. Lakin münsiflər Belkıs Akkale, Arif Sağ, Yüksel Aytuğ məni dəstəkləyib yarışmada saxladılar. Orada qazandığım təcrübədən bu gün də istifadə edirəm.

© Photo : Facebook / Tamara MuradovaTamara: Şou-biznesdə deyiləm və özümü orada təsəvvür belə, etmirəm.
Tamara: Şou-biznesdə deyiləm və özümü orada təsəvvür belə, etmirəm. - Sputnik Azərbaycan
Tamara: Şou-biznesdə deyiləm və özümü orada təsəvvür belə, etmirəm.

 Bəs "O səs Türkiyə"?

— 2014-cü ildə Bursa şəhərinə bacımgilə qonaq getmişdim. Həmin ərəfədə bu yarışmanın seçim turları idi. Ətrafımda mənə yaxın olanların hamısı bu müsabiqədə iştirakımı çox istəyirdilər, mən isə tərəddüd edirdim. Nəhayət ki, bacım məni seçim turlarına apardı. İlk ifam, musiqisi çox dəyərli bəstəkarımız Tofiq Quliyevə, sözləri isə mərhum şairimiz Rəsul Rzaya məxsus olan "Sənə də qalmaz" mahnısı oldu və mənə uğur gətirdi. Üç münsifin diqqətini cəlb edib, özümə tərəf döndərməyi bacardım. Mən isə Mazhar və Özkan qardaşlarını seçdim. Seçimdən sonra çoxları yanlış seçim etdiyimi deyirdilər. Bəziləri Ebru Gündeşi, bəziləri isə Gökhanı seçməli olduğumu deyirdilər. Bəlkə də haqlı idilər.

© Photo : Facebook / Tamara MuradovaGənc müğənni Tamara Muradova: Şou-biznesdə olan insanların əksəriyyəti qeyri-səmimi insanlardır
Gənc müğənni Tamara Muradova: Şou-biznesdə olan insanların əksəriyyəti qeyri-səmimi insanlardır - Sputnik Azərbaycan
Gənc müğənni Tamara Muradova: Şou-biznesdə olan insanların əksəriyyəti qeyri-səmimi insanlardır

Bu müsabiqə daha çox tanınmağıma səbəb olsa da, mən özümü orada göstərə bilmədim. İlk iki turda qalib gəldim, üçüncü turda isə məğlub oldum. İstədiyim mahnını ifa etməyimə imkan vermədilər. Bu səbəbdən ürəksiz oxudum və bu da məğlubiyyətimə səbəb oldu. "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar. Səbəb isə bizim onlardan daha güclü səsə malik olmağımız idi. Elnur Hüseynovun qalibiyyətini çoxları həzm edə bilmirdilər. Əgər azərbaycanlılara qarşı münasibət birmənalı deyilsə, demək ki, bizi özlərindən daha üstün bilirlər.

© Photo : Facebook / Tamara Tamara Muradova: "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar
Tamara Muradova: O Səs Türkiyədə bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar - Sputnik Azərbaycan
Tamara Muradova: "O Səs Türkiyə"də bəzi iştirakçılar azərbaycanlıları görəndə qıcıqlanırlar

Ümumiyyətlə isə olduğum yarışmalar arasında "Xalq Ulduzu" mənim sənət həyatımda unudulmaz olub və olacaq. Çünki bu müsabiqədə xalqımız məni finala gətirdi. Bu, xalqımızın sevgisini qazanmağım demək idi. Məni dəstəklədiyi üçün xalqıma minnətdaram və qarşısında baş əyirəm.

Yusuf İslam - Sputnik Azərbaycan
İslamı qəbul edən ingilis müğənni Ərdoğanı ziyarətə gəldi

 Şou-biznesdə çoxlarının ləqəbi var, bəs sizin?

— İlk öncə onu qeyd edim ki, şou-biznesdə deyiləm və özümü orada təsəvvür belə, etmirəm. Qaldı ki, ləqəbə "Xalq Ulduzu" müsabiqəsi dövründən "Ahıskalı qız" deyirdilər. Bu cür tanınmağıma səbəb isə əslən Ahıska türklərindən olmağımdır.

 Şou-biznesdə olmamağınızın səbəbi nədir?

— Şou-biznesdə olan insanların əksəriyyəti qeyri-səmimi insanlardır. Bir-birinin paxıllığını çəkirlər, üzlərinə gülüb, arxasınca danışırlar. Mənim belə bir yerdə olmağım qeyri-mümkündür. Mənim öz dünyam var, bu sənətlə məşğul olmayan çox vəfalı, dəyərli dostlarım var. Əlbəttə, barmaqla sayılacaq qədər olsa da, sənət dostlarım var.

 Tamara hazırda hansı layihə üzərində işləyir?

— Yeni mahnılar hazırlanır. Amma bu haqda öncədən danışmaq istəmirəm. Təki sağlıq olsun, gerçəkləşəndə hamı görəcək. Bundan əlavə olaraq 2016-cı ildən Azərbaycan Milli Konservatoriyasında magistr pilləsi üzrə təhsil alıram. Vaxtımın çoxunu təhsilimə yönəldirəm.

Xəbər lenti
0