BAKI, 26 mart — Sputnik. Moskvanın Kotlyakov qəbiristanlığında Rusiya Dövlət Dumasının deputatı Denis Moskvinin köməkçisi Vladislav Nikiforukun cəsədi aşkar edilib.
Cəsədin yanında tapança və məktub aşkarlanıb. Məktubda Nikiforuk ölümündə heç kimi günahlandırmamağı xahiş edir.
İlkin ehtimala görə, Nikiforuk özünü bir neçə ay əvvəl vəfat etmiş qızının qəbrinin yanında öldürüb. O, qızının ölümü ilə barışa bilməyib.