BAKI, 25 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə biləcəyini istisna etməyib.
Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
"16 aprel referendumundan sonra biz Avropa İttifaqına daxil olmaqla bağlı danışıqların davam etdirilib-etdirilməməsi barədə referendum keçirə bilərik" — Ərdoğan bəyan edib.
Türkiyə və Avropa İttifaqı arasında münasibətlər Almaniya və Hollandiya rəsmilərinin türkiyəli nazirlərin referendum öncəsi bu ölkələrdəki türklər qarşısında çıxış etməyə imkan verməmələrindən sonra gərginləşib.