BAKI, 25 mart – Sputnik. Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonun Türkiyəyə edəcəyi səfərin tarixi dəqiqləşib.
Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Donald Trampa ən yaxın adam hesab olunan Tillerson martın 30-da Ankarada olacaq.
Səfər çərçivəsində onun prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir. ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilir ki, Tillerson Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Danışıqlarda NATO-dakı əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin gələcəyi müzakirə olunacaq.