Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin sədri, şair Səlim Babullaoğlu
Azərbaycan ədəbiyyatının əsas xidməti dilimizin qorunub saxlanılması, onun ədəbi dil normalarının işlənilməsi olub. Sputnik Azərbaycan-a açıqlamasında Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin sədri, şair Səlim Babullaoğlu belə deyib.
“Torpağı işal etmək olar, insanları həbs etmək olar, ancaq sözün indiyə kimi zindana atıldığını, öldüyünü heç kim görməyib” — deyə şair bildirib.
“Azərbaycan ədəbiyyatının birinci işi bütövlüyü qorumaq, Azərbaycan mənəviyyatını, düşünücəsini yaşatmaq olub. Hər bir ədəbiyyatın məqsədi həm milli, həm də ümumbəşəri nöqteyi-nəzərdən insan formalaşdırmaqdır” – deyə o bildirib.