BAKI, 25 mart – Sputnik. ABŞ-da sonu ölümlə nəticələnən silahlı insident baş verib. Hadisə Missuri ştatının Sent-Luis şəhərində yaşanıb.
Sputnik Azərbaycan CBS-ə istinadən xəbər verir ki, naməlum şəxslər küçədə toplaşmış bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıb.
1 nəfər ölüb, 6 nəfər yaralanıb. Dünyasını dəyişən şəxsin 15 yaşında olduğu açıqlanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Onun 8 yaşı var.
Cinayətkarlar atəş açdıqdan sonra qaçıblar.