Terrorçuların qarşıdurmasında ABŞ əsgərləri həlak oldular

Abunə olmaq
Əsgərlərinin öldürülməsinə hiddətlənən ABŞ hərbi hava qüvvələri bölgəni bombalamağa davam edir

BAKI, 25 mart – Sputnik. ABŞ-ın yardımı ilə Suriyanın Raqqa şəhərinə doğru irəliləyən PKK-nın Suriya qolu PYD ilə İŞİD arasında Tabka bölgəsində şiddətli döyüşlər gedir.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, iki terror təşkilatı arasındakı qarşıdurmada 9 PYD silahlısı və onlara dəstək verən 3 ABŞ əsgəri ölüb.

Əsgərlərinin öldürülməsinə hiddətlənən ABŞ hərbi hava qüvvələri bölgəni bombalamağa davam edir. Çoxlu sayda mülki şəxslərin öldüyü bildirilir.

Xəbər lenti
0