Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu vasitə həm də xərçəngdən qoruyur

© Photo : PUBLIC DOMAINHəb
Həb - Sputnik Azərbaycan
Abunə olmaq
Aberdin Universitetində aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, hamiləlikdən qoruma həbləri qadınları xərçəngin bir çox növlərindən müdafiə edir

BAKI, 24 mart — Sputnik. Xərçəng əsrin bəlasıdır. Elm adamları xərçəngdən qurtulmağın yollarını axtararaq insanlığı bu bəladan qurtarmağa çalışırlar.  

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, kontraseptiv (qoruyucu) istifadə edən qadınlar daha az xərçəngə yoluxur. Belə ki, Şotlandiyanın Aberdin Universitetində aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, hamiləlikdən qoruma həbləri qadınları xərçəngin bir çox növlərindən müdafiə edir. 44 ildə 46 min qadın üzərində aparılan araşdırmalarda müəyyən edilib ki, kontraseptiv qəbul edənlərdə bağırsaq, yumurtalıq xərçəngi, qəbul etməyənlərlə müqayisədə xeyli az müşahidə edilir. Bununla yanaşı kontraseptivlərin qadınları 30 il müddətinə xərçəngə yoluxmaqdan qoruduğu da müəyyən edilib.

Xəbər lenti
0