Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu əlaqə beynin fəaliyyətini gücləndirir

CC0 / Free-Photos / womanYataqda uzanmış gənc qadın, arxiv şəkli
Yataqda uzanmış gənc qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmanın nəticələrinə görə, aktiv seks həyatı olan qadınların beyni daha çox informasiya uzun müddət saxlaya bilir

BAKI, 24 mart — Sputnik. Nizamlı cinsi əlaqə insanın baş beyninin fəaliyyətiniə təsir edir. Xüsusilə qadınların yaddaşını gücləndirir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Kanada alimləri apardıqları araşdırmalar zamanı müəyyən edib ki, mütəmadi seks insanların beyninin yaxşı işləməsinə yardım edir, xüsusilə qadınların yaddaşını gücləndirir. Alimlərin 18-29 yaşlı 78 qadın üzərində apardığı araşdırma zamanı qadınlar arasında seks həyatı ilə bağlı sorğu keçirilib. Bundan sonra qadınların yaddaşı test edilib. 

Araşdırmanın nəticələrinə görə, aktiv seks həyatı olan qadınların beyni daha çox informasiyanı uzun müddət saxlaya bilir. Alimlərin fikrincə, mütəmadi seks beyin hüceyrələrinin yenilənməsinə səbəb olur. 

Xəbər lenti
0